Qazaxıstanın Türkistan vilayətinin Maktaaral rayonunun Jenis və Jana Turmıs kəndini sel basıb.
SPACE TV xəbər verir ki, mayın 1-də səhər yağan güclü yağış və fırtına küləyindən sonra Özbəkistandakı Sardoba su anbarının bəndinin dağılıması və sel daşqınları təhlükəsi səbəbindən kənd sakinləri təxliyə edilib.
Maktaaral rayonunun su basmış yaşayış məntəqələrindən 5400 nəfər təxliyə edilib.
Türkistan vilayətinin Maktaaral rayon akimatı tərəfindən operativ qərargah yaradılıb. Ölkə başçısı zərərçəkənlərə lazımi yardım göstərilməsini tapşırıb.