Türk Kızılay: Qardaşa kömək vaxtıdır

  • SpaceTV
  • 20 Oktyabr 2020 12:50

“Vaxt qardaşa kömək vaxtıdır! Göstər qardaşlığını Türkiyə!”.

Spacetv.az  xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin (Türk Kızılay) feysbuk səhifəsində qeyd olunub.

“Qardaş Azərbaycanda sizlərdən gələn dəstəklə 4 yardım TİR-ləri və 10 əməkdaşımız ilə ehtiyacı olanlara yardımlarımızı çatdırmağa davam edirik”, – səhifədə bildirilib.

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərir.

Paylaş

 Xəbəriniz olsun