Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırdı

  • SpaceTV
  • 27 Fevral 2020 14:34

Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb.

SPACE TV  bildirir ki, bu barədə məlumatı şirkətin İdarə Heyətinin sədri İlkər Aycı deyib.

O vurğulayıb ki, koronavirusun yayılması təhlükəsinə görə, Cənubi Koreyanın paytaxtı Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, bildirilib ki, Türk Hava Yollarının hazırda Naxçıvana uçuşları həyata keçirilmir: “Naxçıvan-İstanbul istiqamətində uçuşlar martın 14-dən etibarən olacaq”.

Paylaş

 Xəbəriniz olsun