Türk əsgəri Misirə də gələcək!

  • Space TV
  • 3 Yanvar 2020 12:50

Türkiyənin Liviyaya əsgər göndərməsi barədə qətnamə qəbul edildikdən sonra Xəlifə Haftar Misir Prezidenti Əbdülfəttah Sisindən hərbi dəstək istəyib.

SPACE TV  xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” yayıb.

“Türk əsgəri Liviya çatanda müharibə sona çatacaq və onları Misir sərhədində görəcəksiniz”, – deyə marşal bildirib.

Haftar Misirdən hərbi dəstək gələcəyi təqdirdə Tripolini bir neçə saatda ala biləcəyini qeyd edərək, ondan türk qüvvələrinin Liviyaya gəlməsinin qarşısını almaq üçün beynəlxalq birliyi səfərbər etməyi də istəyib.

Qeyd edək ki, Qahirə rəhbərliyi hazırda Xəlifə Haftarın qoşunlarına logistik dəstək verir.

Paylaş

 Xəbəriniz olsun