Turizm bölgəsinə yol çəkilir

  • SpaceTV
  • 19 Sentyabr 2019 12:35

Şimal-qərb bölgəsinin turizm xəttində yerləşən yollarından biri də, Qax-İlisu avtomobil yoludur. 30 ildən çox idi ki, həmin yol istifadə olunurdu və istismar müddətini tamamlamışdı. Artıq adıçəkilən yolda yenidənqurma işləri yekunlaşmaq üzrədir…

Yol yaxın vaxtlara təmir edilərək yerli sakinlərin və turistlərin istifadəsinə veriləcək. Hazırda Qax şəhəri Heydər Əliyev prospektinə düşən Qaxbaş kəndi istiqamətində asfalt örtüyünün ikinci qatı çəkilir. Asfalt örtüyünün çəkilməsi ilə yanaşı, yol kənarlarına səki daşları düzülür, yağış sularının asfalt örtüyünü zədələməməsi üçün suötürücü borular salınır.

İstirahət məkanlarının çox olduğu İlisu kəndi istiqamətində tez-tez hərəkət edən sürücülər yeni yolun onlar üçün əlverişli və rahat olduğunu bildirirlər. Yeni yolun sağ və sol ətrafında yaşayan sakinlər də görülən işləri müsbət qiymətləndirir.

Yolda tikinti işləri üçün 100-ə yaxın texnixa və canlı qüvvə çalışır. Hazırda 35.5 km uzunluğunda olan yolun tamamlanmış hissələrində yolun xəttlənməsi, yol nişanlarının qoyulması və avtobus dayanacaqlarının qurulması işləri aparılır.

İlkin Piranov Space-Qax

Paylaş

 Xəbəriniz olsun