Turistlər yeni ilin gəlişini Qaxda qarşılayıblar.

  • Space TV
  • 3 Yanvar 2020 14:58

Yüzlərlə yerli və xarici turist tətil günlərini daha yaddaqalan etmək üçün Qax rayonuna səfər edib.Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində təşkilatçılar tərəfindən bayram tədbirləri təşkil olunub.Bir araya toplaşan yerli və xarici turistlər milli musiqilərin sədaları altında rəqs də ediblər.

Hoteller,istirahət mərkəzləri İlisu kəndində yerləşdiyindən ən çox turist də məhz bu kəndə gəlib.Bayram tətilinin kifayət qədər çox olmasından istifadə edən turistlər bayramı Qaxda keçirmələrinin daha maraqlı olduğunu bildirdilər.

Qeyd edək ki,bayram günlərində rayonda fəaliyyət göstərən əksər turizm məkanlarında yerlər əvvəlcədən sifariş olunub.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun