Tunis parlamenti Baş nazirlə razılaşmadı – ilk dəfə olaraq yeni hökumət təsdiqlənmədi

  • Space TV
  • 11 Yanvar 2020 10:57

Tunis parlamenti yeni hökumətin tərkibini təsdiqləmədi.

Bu barədə Tunisin xəbərlər agentliyi məlumat verir.

Namizədlər Tunisin yeni təyin olunmuş Baş naziri Həbib əl-Camali tərəfindən təklif olunmuşdu. 

Məlumata əsasən, belə insident ölkə tarixində ilk dəfədir ki, müşahidə olunur.

Belə ki, 134 nəfər, yəni deputatların əksəriyyəti təklif olunan namizədlərin əleyhinə səs verib.

Paylaş

 Xəbəriniz olsun