Tullantıların daşınması komputer üzərindən icra olunacaq

  • SpaceTV
  • 28 Yanvar 2020 16:04

Artıq 1 ilə yaxındır ki,  Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkətinin əməkdaşları tərəfindən  Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının hazırlanması  işləri aparılır. 7 aydır ki, pilot lahiyənin icrası  Nərimanov rayonunda həyata keçirilir və xarici mütəxxəsislərin növbəti  rəyi bu gün ictmaiyyətə açıqlandı

Əgər bu vaxta kimirayon ərazisində məişət tullantılarının düzgün çeşidlənməsi xüsusi işçilərin nəzarəti ilə icra olunurdusa  artıq bu proses  quraşdırılmış 400 konteyner vasitəsi ilə vətəndaşların özləri tərəfindən həyata keçirilir

Lahiyənin həyata keçirildiyi, Nərimanov rayonu mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Elçin Həşimovun sözlərinə görə  lahiyənin  icrasına başlanılan gündən çeşidlənmə mərkəzində toplanmış  təkrar emala gedən tullantıların həcmi əgər ilk günlərdə 6 -7 tona yaxın idisə 7 ay sonra bu rəqəm 25 tona çatıb

Paytaxda məişət tullantılarının idarə olunması üzrə yaxın vaxtlarda daha bir yenilik həyata keçiriləcək.Artıq tullantıların daşınması komputer üzərindən icra olunacaq.Bundan başqa məişət tullantılarının daşınması üçün paytaxta gətirilmiş texnikaların sayı yaxın vaxtlarda  20-yə çtdırılacaq

Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin  idarə  olunması  lahiyəsinin  Nərimanov rayonunda 2020 cu ilin aprel ayına kimi  başa çatdırılması nəzərdə tutulub.Qarşıdakı aylarda  isə Nizami,Yasamal və Nəsimi  rayonlarında bu lahiyənin icrasına başlanılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun