Tullantılar təmizlənir

  • SpaceTV
  • 26 Sentyabr 2019 12:49

Çimərlik mövsümü bitsə də həmin ərazilərin zibil və tullantıları bitməyib. Elə bu məqsədlə də mingəçevirli ekoloqlar tələbə gənclərlə birgə şəhər çimərliyində təmizlik aksiyası keçirib.

Monitorinq-aksiya Mingəçevir su anbarı hövzəsindəki çimərliklərdə gerçəkləşib. Ərazinin ekoloji-sanitar təmizliyi ilə əlaqədar sahil zolaqlarına baxış keçirən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları burada normadan artıq qalanqlanmış müxtəlif tullantılar aşkarlayıb. Sahilə atılmış tullantıların ən qısa müddətdə daşınıb götürülməsi üçün aidiyyati qurum nümayəndələrinə xəbərdarlıq edilib. Ardınca  təmzilik aksiyasında  könüllü olaraq iştirak etmək arzusunda olan tələbə gənclərin iştirakı ilə böyük bir heyətlə aksiyaya qoşulan ekoloqlar çimərliyin və ümumən sahil zolaqlarının tullantılardan təmizlənməsi prosesinə başlayıb.

Emin Babayev Space

Paylaş

 Xəbəriniz olsun