Tullantı sularının təkrar istifadəsi ilə bağlı VACİB ADDIM

  • Space TV
  • 15 Avqust 2020 13:43

Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, suya qənaət edilməsi, tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən, suvarmada təkrar istifadə olunması və bu sahəyə özəl sektorun cəlb edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. 

Spacetv.az xəbər verir ki, bunu nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə sudan təkrar istifadə istiqamətində praktiki işlərin sürətləndirilməsi və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmlərin yaradılması barədə müzakirələr aparılıb:

“Bu sahədə ixtisaslaşmış şirkətlərlə tullantı sularının təmizlənməsi və texniki məqsədlərlə istifadə olunması imkanlarına baxılması, su istifadəçiləri ilə su istehsalçıları arasında inteqrasiyanın yaradılması məqsədilə operativ tədbirlərin görülməsi qərara alınıb”.

Paylaş

 Xəbəriniz olsun