Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək

  • SpaceTV
  • 10 Avqust 2020 16:47

Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün 14 avqust 2020-ci il tarixində saat 12:00-da ETSN-nin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır. 

Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Görüşün linki iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək.

İştirakçılar daha ətraflı məlumat almaq üçün görüş üzrə əlaqələndirici şəxs-Faiq Mütəllimovla (+994 55 505 82 42) əlaqə saxlaya bilərlər.

Paylaş

 Xəbəriniz olsun