Trixoqramma adlanan həşarat pambıq sovkasının təbii düşməni sayılır

  • SpaceTV
  • 29 İyul 2020 14:48

Pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır. Söhbət trixoqramma adlanan ziyanvericidən gedir.

Pambığın qənimi sayılan tixoqramma həmçinin sahədə pambıq sofkasının yumurtaları ilə də qidalanır.

Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Trixoqrammanın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyərək məhv edir. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin yəni pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi yumurtasının daxilinə qoyur. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərazində başa çatır. Yəni 11 gündən sonra pambığın qəniminə çevrilir.

Aparılan bioloji mübarizə kənd təsərrrüfatı sahəsində çalışan sahibkarlarında ürəyincədir. Bir yandan, kimyəvi üsullardan istifadə etmədən təsərrüfatlarını zərərvericilərdən qoruyurlarsa, digər yandan da daha az vəsait xərcləməklə müsbət nəticə əldə edə bilirlər. Bu həm də uzun ömürlü olur.

Beləliklə də  trixoqramma və habrobrakon minici pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 30-50% azalmasına səbəb olur.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun