Treniq keçirilib

  • SpaceTV
  • 16 Oktyabr 2019 15:52

Kursda dairə seçki komissiyasının üzvləri və seçki məntəqəsi sədrləri iştirak ediblər. 59 saylı seçki dairəsi DSK-nın sədri Səlamət Kərimov DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir. Kursda seçici siyahıları ilə işin aparılması, seçki qabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulmasından danışılıb.

.Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun