Treninqlər davam edir

  • Space TV
  • 29 Noyabr 2019 16:12

Treninqlərdə bütün dairələr üzrə üzvlər iştirak edib. Burada əsas məqsəd üzvlərin maarifləndirilməsidir. Keçirilən tədbirlər birbaşa komissiya üzvlərinin peşəkarlıq səviyyəsinin artırılmasına, bilik və bacarıq vərdişlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. Treninqlərdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlərlə yaxından tanış edirlər. Buraya məntəqələrin açılışına hazırlıqlar, səsvermə saatlarında reallaşdırılacaq tədbirlər və bir sıra mühim amillər daxildir.

Qeyd edək ki, bələdiyyə seçkiləri 23 dekabr tarixinə müəyyən edilib. Və proses bütün ölkə üzrə eyni vaxtda gerçəkləşəcək.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun