Treninq keçirilib

  • SpaceTV
  • 28 Noyabr 2019 15:26

Bu il ölkəmizin yerli özünüidarəetmə orqanlarının həyatında ən önəmli hadisə baş verəcək. Bu baxımdan gələn ay keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı treninqlər mühüm əhəmiyyətə malikdir. Maarifləndirici treninqlər bələdiyyə seçkilərinin şəffaf və qanuni təşkili üçün çox vacibdir. Masallıda keçirilən treninqdə seçki öncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının sədrləri, eləcə də üzvləri təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırılıblar. Seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti məsələlərindən danışılıb. Həmçinin baş verə biləcək müstəsna hallara, səsvermə nəticələrinin düzgün rəsmiləşdirilməsinə aid nəzəri və praktiki tapşırıqlar verilib.

Treninq zamanı hər bir məntəqə seçki komissiyası üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib. Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-nə təyin olunub. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun