Tramvaylar Bakıya geri dönür? – “Məsələ ilə bağlı ölkə başçısına müraciət etmişik”

  • Space TV
  • 17 Dekabr 2019 13:51

Tramvay xətlərini sökməklə Bakıya ziyan vurublar.

SPACE TV  xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu gün Bakıda tramvay xətlərini yenidən tikmək çətindir, amma düşünülür:

“Biz bu məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var. 

Tramvay yolunun tikintisi birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq xarici şirkətlərə müraciət etmişik, öz mütəxəssislərimiz də sistemli layihə hazırlayır.

Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, “Nasosnu”ya, Maştağa və Pirallahıya tərəf hərəkəti yüngül formada qatarlar vasitəsilə həyata keçirmək olar. Bu, bizim diqqətimizdədir”.

Paylaş

 Xəbəriniz olsun