Trampın tərəfdarları yanvarın 20-də onun “ikinci andiçmə mərasimini” keçirəcək

  • Space TV
  • 22 Dekabr 2020 10:26

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın minlərlə tərəfdarı, yeni seçilmiş prezident Co Baydenin and içəcəyi gün virtual “ikinci andiçmə mərasimini” keçirməyi planlaşdırır.

Spacetv.az xəbər veirr ki, bu barədə “İnterfaks” xəbər yayıb.

Artıq 60 mindən çox insan “Facebook” səhifəsində “Prezident Donald Trampın ikinci andiçmə mərasimi” elan edilən tədbirdə iştirakı planlaşdırdıqlarını bildiriblər. 260 mindən çox insan tədbir səhifəsinə “maraqlandı” işarəsini qoyub.

“Biz Prezident Donald Trampı dəstəklədiyimizi nümayiş etdirən 325 min nəfərlik bir qrupuq. Heç bir rəsmi təşkilatla əlaqəmiz yoxdur”, – deyə  səhifənin izah yerində bildirilib.

Tədbirin yanvarın 20-də günortaya planlaşdırıldığı qeyd olunur. Elə həmin vaxt ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden and içəcək.

“Facebook” tədbirin səhifəsinə xatırlatma əlavə edib:

“Co Bayden seçilmiş prezidentdir. 20 yanvar 2021-ci ildə onun ABŞ-ın 46-cı prezidenti kimi inauqurasiya mərasimi olacaq”.

Paylaş

 Xəbəriniz olsun