Trampın saç düzümü yenə gündəmdə – ABŞ Prezidenti qəzəbləndi

  • Space TV
  • 9 Fevral 2020 08:29

Saç düzümünün fotoredaktorla işlənmiş şəkillərinin sosial şəbəkələrdə yayılması ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib. Belə ki, şəkillərdə Tramp havada dalğalanan həcmli saçlarla təsvir olunub.

“Yenə də feyk xəbərlər. Aydın görünür ki, bu, fotoşopdur. Yəni külək bu qədər güclü idi və saçlarım yaxşı görünür? Alçaltmaq üçün əllərindən gələni edirlər”, – deyə Prezident “Twitter”də şəkli şərh edib.

Qeyd edək ki, Amerika Prezidentinin saç düzümü dəfələrlə müzakirə obyektinə və çoxsaylı zarafatlara çevrilib

Paylaş

 Xəbəriniz olsun