Trampın maraqlı açıqlamaları

  • SpaceTV
  • 21 Avqust 2019 11:29

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, onun hökumətinin məmurları ABŞ nümayəndələri ilə əlaqədədirlər. “Nikolas Maduro təsdiq edib ki, Bolivar hökuməti bir neçə aydır onun icazəsi ilə ABŞ-ın hökumət nümayəndələri ilə əlaqələri dəstəkləyir”

Daha əvvəl ABŞ-ın bəzi mətbuat orqanları bildirib ki, Birləşmiş Ştatlar administrasiyası Konstitusiya Assambleyasının sədri Dosdado Kabelo ilə Maduronun hakimiyyətdən kənar ediləcəyi təqdirdə onun çevrəsinin təhlükəsizliyi barəsində məxfi danışıqlar aparır. Venesuela prezidenti də öz Twitter hesabında yazıb ki, onun hökumət məmurları ABŞ nümayəndələri ilə əlaqədədirlər.

Bu arada isə Danimarkanın kral ailəsi ABŞ-ın bu ölkəyə məxsus Qrenlandiya adasını alması ideyasına fikir bildirib “Mən Qrenlandiyanı sevirəm və istəyirəm ki, onun xalqı xoşbəxt olsun. Onların özləri üçün ən yaxşı hesab edəcəkləri variantı dəstəkləmək lazımdır”, – deyə şahzadə Mario Maks Şaumburq-Lippe bildirib.

Qeyd edək ki, Daha əvvəl Birləşmiş Ştatların prezidenti Donald Tramp adanı almaq ideyası haqqında danışıb. Tramp dünyanın ən böyük adasını, Danimarkaya aid olan Qrenlandiyanı almaq ideyası haqqında  danışıb.  Qeyd edilir ki, ABŞ-da Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndiriblər.

Bu xəbərin ardınca isə ABŞ prezidenti Donald Tramp dövlət katibinin birinci müavini Con Sallivanın Birləşmiş Ştatların Rusiya Federasiyasında yeni səfiri kimi təyinatı imkanlarının olduğundan bəhs edib. Bu barədə ABŞ lideri Ruminiya Prezidenti Klaus Yohann ilə Ağ Evdə görüşü zamanı jurnalistlərə bildirib.

Tramp Sallivanın namizədliyinin irəli sürülməsi imkanı haqqında suala cavabında “bu, tamamilə ola bilər”, – deyib. Daha əvvəl “The New York Times” qəzeti Amerika administrasiyasının Salivanın bu vəzifəyə namizədliyini irəli sürmək planları haqqında xəbər verib.

Paylaş

 Xəbəriniz olsun