Trampın korteji yarış meydanına çıxdı

  • SpaceTV
  • 17 Fevral 2020 12:21

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə 62-ci “Daytona 500” avtomobil yarışının açılış mərasiminə qatılıb.

SPACE TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə 62-ci “Daytona 500” avtomobil yarışının açılış mərasiminə qatılıb.

Çıxışından sonra Donald Trump yarışların başlanğıc əmri sayılan “mühərriklərinizi işə salın” təlimatını verib.

Donald Trumpın limuzinlə yarış meydançasına gələrək yarışdan əvvəl trekdə gəzməsi ABŞ mətbuatında gündəmi zəbt edib.

Bununla da Trump, ABŞ-da ənənəvi hala gələn avto yarışlarında iştirak edən ABŞ-ın 4-cü prezidenti oldu. Ronald Reyqan, George HW Buş və George W. Buş da bu yarışlarda iştirak ediblər

Donald Trump və həyat yoldaşı Melania Trump bir müddət Daytona 500 yarışını izlədikdən sonra West Palm Beachdəki evlərinə qayıdıblar.

Paylaş

 Xəbəriniz olsun