Trampın impiçmenti tələb olundu

  • SpaceTV
  • 26 Sentyabr 2019 12:11

ABŞ-da Nümayəndələr Palatasının əksər demokrat üzvləri ukraynalı həmkarı Vladimir Zelenski ilə söhbətindən sonra ABŞ prezidenti Donald Trampın impiçmentini tələb edib.  “Space” yazır ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, Palatanın 435 üzvündən 218 demokrat üzvü prezidentin impiçmentinin lehinə çıxış ediblər. Demokratlar rəsmi araşdırma və Trampın mümkün impiçmentini tələb edirlər. İddia olunur ki, Tramp telefon danışığı zamanı Ukraynaya maliyyə dəstəyi qarşılığında ABŞ prezidentliyinə namizəd Co Bayden və onun oğluna qarşı istintaq başlatması üçün Vladimir Zelenskiyə təzyiq göstərib.

Paylaş

 Xəbəriniz olsun