Trampın hərbi qərarlar vermək hüququ məhdudlaşdırıla bilər

  • Space TV
  • 6 Yanvar 2020 11:19

ABŞ-ın Nümayəndələr palatası Prezident Donald Trampı hərbi əməliyyatlar haqda qərar vermək hüququndan məhrum etmək istəyir.

“The New York Times” məlumat verir ki, palatanın spikeri Nensi Pelosi bu həftə Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmaqdan ötrü yeni qətnaməni qəbul etməyi planlaşdırdıqlarını elan edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.

Bundan sonra İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. 

Paylaş

 Xəbəriniz olsun