Trampın binasını kim sökəcək? – FOTO

  • Space TV
  • 18 Dekabr 2020 12:10

Əvvəllər ABŞ prezidenti Donald Trampa məxsus olan “Trump Plaza” kazino və hoteli nəzarətli partlayışla söküləcək. Atlantik Siti (Nyu-Cersi) şəhər hökuməti bu haqqı hərraca çıxarıb.

Spacetv.az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı şəhər meri Marti Smoll özünün “Facebook” hesabından məlumat verib.

“Bu binanı Trampın şəhərimizdəki keçmiş fəaliyyətinə əsaslanaraq yıxırıq. Tramp iflas qanunlarından istifadə etdi, Atlantic Sitidə böyük pullar qazandı, sonra isə şəhəri və sakinlərini taleyin ümidinə buraxdı”, – deyə o, bildirib.

Hərracdan toplanan pul, yeniyetmələr üçün peşə təhsili verən gənclik klubuna yönləndiriləcək.

Paylaş

 Xəbəriniz olsun