Trampın əfv siyahısında məşhur reper Lil Ueyn də var – FOTO

  • Space TV
  • 20 Yanvar 2021 16:08

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın əfv etdikləri siyahısında məşhur reper Lil Ueyn (Dueyn Maykl Karter) də var. O, qanunsuz silah saxlaması ilə əlaqədar 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

TASS-ın məlumatına görə, bu barədə Ağ Evin yayımladığı bəyanatda deyilib.

Karyerasına 1996-cı ildə başlayan Lil Ueyn 11 albom buraxıb. O, dörd “Grammy” mükafatına layiq görülüb.

Lil Ueyndən başqa yalançı şahidliyə görə həbs olunan reper Kodak Blekin (Bill Kapri) cəzasının yüngülləşməsinə qərar verilib.

Paylaş

 Xəbəriniz olsun