Trampdan impiçmentə cavab: “90000-ci ilə qədər hakimiyyətdə…”

  • SpaceTV
  • 6 Fevral 2020 12:52

ABŞ Prezidenti Donald Tramp impiçment prosesinin başa çatması ilə əlaqədar bu gün bəyanatla çıxış edəcəyini açıqlayıb. O, impiçmentin uğursuzluğa düçar olmasına özünəməxsus şəkildə reaksiya verib.

REN TV xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında paylaşım edib.

Videoda Trampa əbədi prezidentlik verildiyi göstərilir. Tribunada dayanmış ABŞ liderinin əks olunduğu görüntülərdə ekranda dördillik prezidentlik müddətləri sadalanır: 2020, 2024, 2028…

Bundan sonra isə proses sürətlənir və Trampın prezidentlik müddəti 90000-ci ilə qədər davam edir.

Sonda isə “Tramp həmişəlik!” yazısı nümayiş olunur.

Paylaş

 Xəbəriniz olsun