Trampa zəng gəldi, mətbuat konfransını təcili tərk etdi

  • SpaceTV
  • 24 Sentyabr 2020 09:45

ABŞ Prezidenti Donald Tramp ona təcili telefon zəngi gəldiyini bildirərək gözlənilmədən mətbuat konfransını tərk edib.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Mənə təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik”, – deyə Birləşmiş Ştatlar prezidenti mətbuat konfransında iştirak edənlərə xitabən bildirib.

D.Tramp ona gələn təcili telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.

Paylaş

 Xəbəriniz olsun