Trampa qarşı yeni cinayət işi açılıb

  • Space TV
  • 11 Fevral 2021 10:21

ABŞ-ın Corciya ştatının Fulton dairə prokurorluğu ölkənin keçmiş prezidenti Donald Trampa qarşı cinayət işi açıb.

TASS “The New York Times” qəzetinə istinadən xəbər verir ki, cinayət işi eks prezidentin həmin ərazidə seçkinin nəticələrinin dəyişdirilməsinə nail olmaq məqsədilə ştatın katibi respublikaçı Bred Raffenspergerə zəng etməsilə əlaqədar başladılıb.

Yayılan məlumat görə, Fulton dairə prokuroru Fani Vilyams B. Raffensperger də daxil olmaqla, bir sıra səlahiyyətli şəxslərə rəsmi məktuub göndərərək, sözügedən zənglə bağlı bütün sənədlərin saxlanılmasını xahiş edib.

Paylaş

 Xəbəriniz olsun