Tramp Zəriflə görüşməyəcək

  • SpaceTV
  • 23 Sentyabr 2019 12:37

İran ABŞ-la razılaşmanı müzakirə etməyə hazırdır, hansılar ki, daim qüvvədə olardı. Amma belə danışıqları “nüvə razılaşması” iştirakçı ölkələrinin formatında aparmaq lazımdır. Bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif müsahibəsində deyib. İranın XİN rəhbəri qeyd edib ki, rəsmi Tehran danışıqlara hazırdır. Amma bu, qısa müddətli deyil yəni bir il yarım, və ya beş il  qüvvədə olmamalıdır. “Biz o haqda danışmalıyıq ki, bu, daimi olacaq”, – Zərif deyib.

Məhəmməd Cavad Zərif , vurğulayıb ki, İran 2015-ci ildə ABŞ-ın iştirakı ilə imzalanmış, 2018-ci ildə Donald Trampın imtina etdiyi Birgə Hərtərəfli İş Planını qüvvədə olan plan hesab edir.  Zərif İranın ABŞ-da danışıqlara hazır olub-olmaması barədə suala cavabında qeyd edib ki, “Danışıqlar üçün yer var”. O, xatırladıb ki, çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasında Birgə Hərtərəfli İş Planını imzalayan iştirakçı ölkələrin nazirləri səviyyəsində görüş keçiriləcək.

Xarici İşlər Nazirliyinin başçısı deyib ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə həmin formatdan kənar görüşməyəcək. Çünki bunun üçün səbəb görmür. “Əslində qanuna görə dövlət katibi Pompeoya mənimlə görüşmək qadağandır, çünki o adımı sanksiya siyahılarına daxil edib”, – Zərif qeyd edib.

 Bu arada isə qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assmbleyasının iclası çərçivəsində İran rəhbərliyi ilə görüşmək niyyətində olmadığını bəyan edib.  Verilən məlumata görə, ağ ev rəhbəri bunu  jurnalistlərə açıqlamasında bildirib. ABŞ Prezidenti deyib ki, heç nəyi heç vaxt istisna etmək olmaz: “Ancaq mənim İran rəhbərliyi ilə görüşmək niyyətim yoxdur”.

Paylaş

 Xəbəriniz olsun