Tramp: “Ürək xəstəliyindən ölən amerikalıların sayı COVID-19-dan ölənlərdən beş dəfə çoxdur”

  • SpaceTV
  • 13 Avqust 2020 14:17

65 yaşınadək bir il içində ürək xəstəliyindən ölən amerikalıların sayının COVID-19-dan ölənlərdən beşqat çox olduğunu öyrəndik.

Spacetv.az “Haberturk”-ə istinadən məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə gündəlik keçirdiyi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus gənclərdə daha az ölümcül təsirə malikdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə (son statistikaya əsasən, 5 360 302 nəfər) dünya ölkələri arasında ilk yerdədir.

Paylaş

 Xəbəriniz olsun