Tramp söz verdi: “Çinə görə milyardlar itiririk, buna son qoyacam”

  • Space TV
  • 8 Sentyabr 2020 13:06

ABŞ Prezidenti Donald Tramp növbəti müddətə prezident seçiləcəyi halda ölkənin Çin iqtisadiyyatından asılılığını aradan qaldıracağını bildirib.

Spacetv.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Biz ABŞ-ı istehsal supergücünə çevirəcəyik və Çindən asılılığımıza birdəfəlik son qoyacağıq. Çinə arxalana bilmərik”, – deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ iş yerlərini Çindən qaytara biləcək, ölkəni tərk etmək istəyən şirkətlər isə böyük pullar ödəməli olacaq.

D.Tramp qeyd edib ki, bu gün ABŞ Çinlə iqtisadi əməkdaşlığın gedişində milyardlarla dollar itirir.

Paylaş

 Xəbəriniz olsun