Tramp seçki öncəsi iqtisadiyyatda rekord sözü verdi

  • Space TV
  • 5 Sentyabr 2020 12:39

ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezident seçkilərinin başlanacağı vaxt ölkə iqtisadiyyatının üçüncü kvartalda rekord artım göstəricilərini təqdim edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz iqtisadiyyatımızda baş verənlərlə çox fəxr edirik. Düşünürəm ki, seçkilərdən öncə üçüncü kvartalın məlumatlarını görəcəksiniz. Üçüncü kvartalın iqtisadi göstəriciləri o səviyyədə olacaq ki, ölkəmiz hələ bu göstəricilərə nail olmayıb. Bu ÜDM və digər göstəricilərə görə rekord olacaq”, – deyə D.Tramp bildirib.

Paylaş

 Xəbəriniz olsun