Tramp sərəncam imzaladı

  • SpaceTV
  • 29 Avqust 2019 15:51

ABŞ prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında sərəncam imzalayıb. Ağ Evdəki yüksək vəzifəli  mənbə bildirib ki, qərar ABŞ liderinin rəsmi Kiyevə ayrılan pulun ən yaxşı üsulla Vaşinqtonun maraqları nöqteyi-nəzərindən istifadə edilməsinə əmin olmaq cəhdindən irəli gəlib. BU arada isə   Nyu-Yorkdan olan demokrat-senator Kirsten Gillibrand Birləşmiş Ştatlarda 2020-ci ildə keçiriləcək prezident vəzifəsi uğrunda yarışda iştirakını dayandırıb.

  Qeyd edilir ki, vəsaitlər onların taleyi müəyyən edilməyincə dondurulacaq. Maliyyə yardımı məsələsini ABŞ-ın müdafiə naziri Mark Esper və prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Bolton həll etməlidir. Bu maliyyə ilində Vaşinqton Ukraynaya silahlanma, təchizat, həmçinin şəxsi heyətin təlimi üçün 250 milyon dollar ayırıb.

Paylaş

 Xəbəriniz olsun