Tramp Ruhani ilə görüşü istisna etməyib

  • SpaceTV
  • 16 Sentyabr 2019 12:53

Tramp Səudiyyə Ərəbistanındakı insidentə baxmayaraq Ruhani ilə görüşü istisna etməyib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatları tərəfindən neft obyektlərinin atəşə tutulması ilə bağlı insidentə baxmayaraq İran perizdenti Həsən Ruhani ilə görüşünü istisna etməyib.

Bunu ABŞ prezidentinin müşaviri Kellienn Konuey deyib.

Telekanallardan birinin efirində Konuey bildirib ki, Tramp BMT Baş Assmableyası çərçivəsində İran lideri ilə görüşü nəzərdən keçirməyə hazırdır: “Lakin bizim prezidentlə əlaqəli halda görüşün keçirilməsi və ya razılaşmanın imzalanması üçün münasib şərait olmalıdır”. deyə Kouney bildirib.

Paylaş

 Xəbəriniz olsun