Tramp qəhrəman iti uydurulmuş ordenlə təltif etdi

  • Space TV
  • 31 Oktyabr 2019 11:51

ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində fərqlənmiş iti “mükafatlandırıb”

Bununla bağlı kollajı Tramp özünün “Twitter” səhifəsində yayımlayıb.

Uydurulmuş orden rəmz kimi it pəncəsi şəklində hazırlanıb.

“Amerika qəhrəmanı!” – Tramp şəkli belə şərh edib.

Daha əvvəl məlum olub ki, hərbi əməliyyatda iştirak etmiş it “belçika ovçarkası” cinsinə aiddir. Əməliyyatda yaralanan heyvan hazırda xəstəxanada müalicə alır.

Paylaş

 Xəbəriniz olsun