Tramp: “Putinlə yaxşı anlaşıramsa, bunun nəyi pisdir?”

  • SpaceTV
  • 20 Sentyabr 2020 10:52

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə “yaxşı anlaşdığına” görə tənqid olunduğuna təəccübləndiyini açıqlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ağ Ev rəhbəri qeyd edib ki, məhz onun zamanında Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq olunub.

“Əgər mən Putinlə yaxşı yola gedirəmsə, kimsə başlayır deməyə “O, Putinlə yola gedir”. Nə olsun? Mən öz-özümə deyirəm ki, “bəs bu pisdir?”, – ABŞ prezidenti qeyd edib.

Paylaş

 Xəbəriniz olsun