Tramp Pentaqonu yeni müqavilələr naminə müharibə aparmaqda günahlandırdı

  • Space TV
  • 8 Sentyabr 2020 11:01

ABŞ Prezidenti Donald Tramp Pentaqonun hərbi sənaye kompleksini yeni müqavilələrlə zənginləşdirmək üçün dünyada müharibələr aparmaq istədiyini bildirib.

Spacetv.az xəbər veri ki, bu barədə Ağ Evin “Twitter” hesabında yazılıb.

“Mən demirəm ki, zabitlər məni sevir, məni əsgərlər sevirlər. Pentaqonu idarə edənlər yəqin ki, sevməz, çünki onlar bombalar, təyyarələr və s. istehsal edən bütün şirkətlərin xoşbəxt olması üçün müharibə aparmaqdan başqa heç nə istəmirlər”, – deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ daimi olaraq bütün dünyada müharibələr aparır və onlardan çıxa bilmir.

Paylaş

 Xəbəriniz olsun