Tramp özünü amerikalıları qoruyan divara bənzətdi

  • SpaceTV
  • 19 Sentyabr 2020 19:54

ABŞ Prezidenti Donald Tramp özünü “Amerika xəyalı” ilə “xaos”u ayıran divarla müqayisə edib.

Spacetv.az TASS agentliyinə istinadən xəbər verir ki, D.Tramp bu barədə fikirlərini Minnesota ştatında seçiciləri ilə görüşdə səsləndirib.

“Əgər siz mənə səs versəniz, bilin ki, mən həmin o divaram. Bizim cənub sərhədlərimizdə (ABŞ-Meksika sərhədi – red.) tikdiyimiz divarı xatırlayırsınız? Mən sizin “Amerika xəyalı” ilə “xaos” arasındakı divaram”, – deyə Birləşmiş Ştatlar prezidenti söyləyib.

Xatırladaq ki, üç noyabr tarixində ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

D.Trampın seçkidə rəqibi Demokratların namizədi Co Baydendir.

Paylaş

 Xəbəriniz olsun