Tramp koronavirusun nəticələri ilə əlaqədar maliyyə yardımı ayrılması haqqında dördüncü qanunu imzalayıb

  • SpaceTV
  • 25 Aprel 2020 13:06

ABŞ Prezidenti Donald Tramp koronavirusla əlaqədar biznes və səhiyyə sahələrinə 484 milyard dollar məbləğində yardım edilməsi haqqında daha bir qanun imzalayıb.

SPACE TV xəbər verir ki, Konqres tərəfindən bəyənilmiş qanun layihəsinə əsasən, kiçik biznesin maliyyələşdirilməsini və karantin tətbiqindən zərərçəkmiş müəssisələrin milyonlarla işçisinə maaşların ödənilməsinin davamını nəzərdə tutan “Əməkhaqqının müdafiəsi proqramı”na əlavə olaraq, daha 370 milyard dollar, xəstəxanalar üçün 75 milyard dollar COVID-19 koronavirusuna yoluxmanı daha geniş miqyasda testləşdirmək üçün 25 milyard dollar ayrılacaq.

Cons Hopkins Universitetinin cümə günü üçün olan məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 50 minə çatıb, təsdiq edilmiş yoluxma hallarının sayı isə 870 mini ötüb. Nyu-Yorkun qubernatoru Endrü Kuomo hələ cümə günü onun ştatında 422 ölümcül hadisə haqqında bildirdi. Aprelin 24-ü üçün olan məlumata görə, bütün ştat üzrə koronavirusdan ölənlərin sayı 16 mindən çoxdur.

Paylaş

 Xəbəriniz olsun