Tramp jurnalistin koronavirusa dair bu sualından sonra kürsünü tərk edib

  • SpaceTV
  • 12 May 2020 10:12

ABŞ Prezidenti Donald Tramp “Ağ Ev”də keçirdiyi mətbuat konfransında koronavirusla bağlı gündəmə dair açıqlamalar verib.

SPACE TV xəbər verir ki, konfransda jurnalistlərdən birinin “ABŞ-ın dünyada ən çox test edən ölkə olduğunu deyirsiz və bununla fəxr edirsiniz. Ölkədə hər gün insanlar ölür və yeni yoluxmalar olursa, bunun bir əhəmiyyəti varmı?” sualına Tramp belə cavab verib:

“Ölümlər dünyanın hər yerində olur. Bəlkə də bu sualı Çindən soruşmalısınız. Sizə qeyri-adi bir cavab verə bilərlər”.

Daha sonra digər jurnalistlərdən sual almağı rədd edən ABŞ liderikürsünü tərk edib.

Paylaş

 Xəbəriniz olsun