Tramp: “İranın istənilən hücumuna 1000 dəfə artıq cavab veriləcək”

  • Space TV
  • 15 Sentyabr 2020 14:12

Ağ Ev rəhbəri Donald Tramp mətbuatda İranın guya ABŞ-a qarşı terror aktı hazırlaması ilə bağlı məlumatlara münasibət bildirib.

“İranın ABŞ-a istənilən hücumu, hansı üsulla edilməsindən asılı olmayaraq İrana hücumla qarşılanacaq və 1000 dəfə daha artıq olacaq”, – deyə D.Tramp bildirib.

Spacetv.az xəbər verir ki, “Politico” nəşri İran rəhbərliyinin İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil edilməsi imkanlarını nəzərdən keçirdiyini iddia edib.

Paylaş

 Xəbəriniz olsun