Tramp İrana köməklik təklif etdi: “Ən yaxşı həkimlər bizdədir, İran istəsəydi…”

  • SpaceTV
  • 5 Mart 2020 15:19

ABŞ koronavirusla mübarizədə İrana kömək etməyə hazırdır.

SPACE TV xəbər verir ki, belə bir çıxış ilə ABŞ Prezidenti Donald Tramp açıqlama verib:

“Biz epidemiyanın öhdəsindən uğurla gəlirik. Möhtəşəm komandamız var. Dünyanın ən yaxşı həkimləri ABŞ-dadır”

Prezident ABŞ-ın koronavirusla mübarizədə digər ölkələrə yardım etdiyini də söyləyib:

“İran istəsəydi, kömək edərdik. Onlar bu virusdan çox ciddi zərər görüblər”.

Məlumat üçün bildirək ki İranda koronavirusdan ölənlərin sayı 107-yə çatıb.

Paylaş

 Xəbəriniz olsun