Tramp II Dünya müharibəsindən sonra ölkədə ən böyük səfərbərlik elan edib

  • Space TV
  • 29 Avqust 2020 16:31

ABŞ Prezidenti Donald Tramp ölkədə İkinci Dünya Müharibəsindən bəri ən güclü milli səfərbərlik barədə danışıb.

Lenta.ru-nun məlumatına görə, onun seçicilər qarşısında etdiyi çıxış “Twitter”də yayımlanıb.

D.Trampın sözlərinə görə, virus ABŞ-da meydana çıxandan sonra hökumət II Dünya Müharibəsindən bəri ən böyük milli səfərbərliyə başlayıb.

Dövlət başçısı bildirib ki, ölkəyə girişin məhdudlaşdırılması qərarı minlərlə insanın həyatını xilas edib. Bundan əlavə, pandemiya dövründə ölkədə 100 mindən artıq Ağciyərlərin Süni Ventilyasiyası (ASV) aparatı istehsal edilib.

“ASV cihazına ehtiyacı olan bir amerikalıya belə imtina verilməyib”, – deyə vurğulayan Tramp hazırda ölkənin başqa dövlətlər üçün də bu aparatdan istehsal etdiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun