Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi

  • Space TV
  • 28 Sentyabr 2020 10:36

Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat toplayır və tərəflərin döyüş əməliyyatlarına son qoymalarına nail olub-olmayacaqlarını araşdırır.

Spacetv.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bəyan edib.

“Bu bölgədə çoxları ilə yaxşı əlaqələrimiz var. Baxaq, bunu (atəşi) dayandırmağa nail ola bilərikmi?”, – deyə o bildirib.

Tramp Dağlıq Qarabağdakı hadisələr barədə ona məlumat verildiyini vurğulayıb.

“Biz orada baş verənləri diqqətlə araşdırırıq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Paylaş

 Xəbəriniz olsun