Tramp Çinə qarşı sanksiya tətbiqindən imtina etdi

  • Space TV
  • 22 İyun 2020 12:37

ABŞ Prezidenti Donald Tramp Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlara qarşı həyata keçirilən təzyiqlərə görə bu ölkənin məmurlarına qarşı sanksiyaların tətbiq olunmasını dəstəkləməyib.

Bu barədə “Axios” agentliyi xəbər yayıb.

Birləşmiş Ştatların prezidenti bildirib ki, onlar Çinlə böyük iqtisadi sövdələşməyə imza atıblar.

D.Tramp əlavə edib ki, Çin ABŞ mallarının əsas alıcısıdır və əlavə rüsumların tətbiq olunması sanksiyadan daha pis nəticələrə səbəb ola bilər.

ABŞ administrasiyasının bəzi üzvləri prezidentin çinli rəsmilərə qarşı “Maqnitski aktı”nı tətbiq etməməsindən məyus olduqlarını bildiriblər.

Paylaş

 Xəbəriniz olsun