Tramp bu dəfə İraqı təhdid etdi

  • Space TV
  • 6 Yanvar 2020 10:50

Əgər İraq ABŞ-la münasibətlərə və ya bu ölkənin vətəndaşlarına düşmənçiliklə yanaşsa, Vaşinqton Bağdada qarşı sanksiyalar tətbiq edə bilər. 

SPACE TV Life.ru istinadan xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp mətbuata açıqlama verərkən deyib. 

“Əgər hansısa düşmənçilik olsa, əgər onlar bunu etsə, biz İraqa qarşı sanksiyalar tətbiq edəcəyik”, – o bildirib. 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.

Bundan sonra İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.

Paylaş

 Xəbəriniz olsun