Tramp Braziliyanı ziyarət etmiş əcnəbilərin ölkəyə girişini qadağan etdi

  • Space TV
  • 25 May 2020 11:20

ABŞ Prezidenti Donald Tramp son 14 gün ərzində Braziliyada olmuş əcnəbilərin ölkəyə daxil olmasına müvəqqəti qadağa qoyub.

Bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib.

Sözügedən addım Braziliyada infeksiyanın geniş yayılması ilə əlaqələndirilib və bu ölkəni ziyarət edən insanların ABŞ-da əlavə yoluxma mənbəyi olmaması üçün atılıb.

Paylaş

 Xəbəriniz olsun