Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı

  • SpaceTV
  • 26 Sentyabr 2020 10:53

“Black lives matter” (“Qaradərililərin həyatı önəm kəsb edir”) hərəkatı öz fəaliyyəti ilə qaradərili ABŞ vətəndaşlarına zərər vurur və  ölkədəki irqlərin bərabərliyini təmin etmək üçün demokratların prezidentliyə namizədi Co Bayden təqaüdə çıxmalıdır”.

Spacetv.az TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Atlantada (Corciya ştatı) qaradərili tərəfdarları ilə görüşən Birləşmiş Ştatlar Prezidenti Donald Tramp səsləndirib.

D.Tramp bildirib ki, “Black lives matter” hərəkatının idealogiyası və taktikası bir çox qaradərili vətəndaşların həyatını məhv edir.

ABŞ prezidenti qorxu və ya zəiflik üzündən “Black lives matter” hərəkatına ianələr verən böyük şirkətləri tənqid edərək afroamerikalıların hüquqlarının müdafiəsi üçün təsis edilmiş hərəkatın üzvlərini səfeh adlandırıb.

Paylaş

 Xəbəriniz olsun