Tramp Baydenin prezident seçiləcəyi halda inqilab olacağını açıqladı

  • Space TV
  • 1 Sentyabr 2020 11:32

ABŞ Prezidenti Donald Tramp demokratların prezidentliyə namizədi Co Baydenin seçiləcəyi halda ölkəni “inqilab”ın gözlədiyini açıqlayıb.

Spacetv.az xəbər veri ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Əgər Bayden gəlsə, onlar hakimiyyəti ələ alacaq. O, zəif insandır. Onu kukla kimi idarə edirlər… Bu inqilabdır”, – deyə D.Tramp bildirib.

Dövlət başçısı Co Baydenin kim tərəfindən idarə edilməsi ilə bağlı sualı cavabsız qoyub.

Paylaş

 Xəbəriniz olsun