Tramp Bağdadı cəzalandırmağa qərar verdi

  • Space TV
  • 7 Yanvar 2020 11:27

Vaşinqton rəsmi Bağdadın ABŞ qüvvələrinin ölkədəki varlığına qarşı qətnamə qəbul etməsindən sonra İraqa qarşı sanksiya hazırlıqlarına başlayıb.

“The Washington Post” bu barədə Ağ Ev administrasiyası nümayəndələrinə istinadən informasiya yayıb.

Nəşr qeyd edib ki, sanksiyalar çərçivəsində ABŞ-ın biznes nümayəndələrinə İraqın işgüzar dairələri ilə fəaliyyət aparmaq qadağan edilə bilər.

Xatırladaq ki, Donald Tramp rəsmi Bağdadı ABŞ qoşunlarının ölkədən çıxarılacağı halda iqtisadi sanksiyalarla hədələmişdi.

Paylaş

 Xəbəriniz olsun