Tramp Avropadan gələn bütün uçuşları dayandırdıqlarını açıqladı

  • Space TV
  • 12 Mart 2020 11:13

ABŞ prezidenti Donald Tramp İngiltərə istisna olmaqla Avropadan ABŞ-a edilən bütün səyahətlərə 30 gün müddətinə qadağa qoyduqlarını açıqlayıb.

SPACE TV xəbər verir ki, Avropa Birliyinin virusa qarşı lazımlı tədbirləri görməkdə uğursuz olduğunu deyən Tramp qeyd edib ki, ABŞ-a virus Avropadan gələn insanlar vasitəsi ilə sıçrayır.

Bu qadağaya ticarət və karqonun daxil edilmədiyi bildirən ABŞ lideri Çin və Cənubi Koreyadakı vəziyyəti izlədiklərini qeyd edib.

Paylaş

 Xəbəriniz olsun